Azərbaycanın 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2% səviyyəsində kəsir ilə Milli Məclisə təqdim olunub.
“Azərbaycanın 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi qanunla müəyyən edilmiş müddətdə (oktyabrın 15-dək) parlamentə təqdim olunub”, - “İnterfaks-Azərbaycan”a parlamentdəki mənbə bildirib.
2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri – 36 milyard 763 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin orta qiymətinin bir barrel üçün $60 səviyyəsində hesablanıb.
2024-cü ildə dövlət büdcəsinin gəlirləri strukturunda ARDNF-dən transfertlər 12 milyard 781 milyon manat (2023-cü ilin proqnozundan +8,9%) səviyyəsində proqnozlaşdırılır
Bundan başqa, 2024-cü ildə mənfəət vergisi üzrə daxilolmalar 5 milyard 675,6 milyon manat, ƏDV üzrə - 7 milyard 591 milyon manat, fiziki şəxslərdən gəlir vergisi üzrə - 1 milyard 895 milyon manat, aksizlər üzrə - 1 milyard 531 milyon manat, gömrük rüsumları üzrə - 1 milyard 475 milyon manat səviyyəsində proqnozlaşdırılır.
2023-cü ildə xərclər strukturunda 6 milyard 421 milyon manat müdafiə və milli təhlükəsizlik, 4 milyard 549,9 milyon manat – təhsil, 4 milyard 542,2 milyon manat – sosial müdafiə və soail təminat, 7 milyard 878 milyon manat – iqtisadi fəaliyyətin təminatı, 4 milyard 814,9 milyon manat ümumi dövlət məqsədləri, 1 milyard 109,9 milyon manat – ASK sahəsinə, qalanı digər məqsədlərə yönəldiləcək.
2024-cü il üçün dövlət borcunun xidməti üçün xərclər 1 milyard 972,6 milyon manat səviyyəsində nəzərdə tutulur. **
R.Əhmədov