İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Xaniyə ilə danışıqlar aparıb. Bu barədə İsrail mediası bazar gününə keçən gecə məlumat verir.
Onların məlumatına görə, görüş Qətərdə keçirilib.
Xəbərlərdə qeyd olunduğu kimi, şənbə günü İranın xarici işlər naziri Qəzza zolağında fəaliyyət göstərən digər fələstinli qruplaşma - «İslami cihad» rəhbərliyi ilə görüşüb.
Bu danışıqlar İsrailin Qəzza zolağında fələstinli radikal qruplaşmalara qarşı genişmiqyaslı yerüstü hərbi əməliyyata hazırlığı fonunda aparılır. **