Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, əgər ABŞ Rusiya ilə müharibə istəsə, bu, xüsusi hərbi əməliyyata bənzər münaqişə deyil, tamamilə fərqli müharibə olacaq.
"Biz sülh istəyirik, əgər onlar (ABŞ) Rusiya ilə müharibə istəyirlərsə, bu başqa bir müharibədir, bu xüsusi hərbi əməliyyat deyil. Siz Yaxın Şərqə baxın, məgər orada xüsusi hərbi əməliyyatdır? Məgər müqayisə etmək olar?", - Putin “Rossiya-1" telekanalında “Moskva.Kreml.Putin" proqramı üçün jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Jurnalist müsahibədən bir hissəni öz Teleqram kanalında yayımlayıb. O, prezidentdən ABŞ Konqresi komissiyasının ABŞ-a həm Rusiya, həm də Çin ilə eyni vaxtda müharibəyə hazırlaşmağı tövsiyəsi ilə bağlı məlumatı şərh etməyini istəyib.
"Düşünmürəm ki, bu hansısa sağlam düşüncələr sağlam insanların ağlına gəlsin, çünki ABŞ-ın Rusiya ilə müharibəyə hazırlaşdığını söyləmək... biz hamımız müharibəyə hazırlaşırıq, çünki məşhur qədim prinsipə əməl edirik: sülh istəyirsənsə, müharibəyə hazırlaş", - dövlət başçısı bildirib. **