Səudiyyə Ərəbistanı Fələstin-İsrail münaqişəsinin qarşısını almaq və regiona sabitliyin qayıtması üçün şəraitin yaradılması məqsədilə səyləri aktivləşdirib. Bu barədə Səudiyyə ƏrəbistanıKrallığınınvəliəhdi Məhəmməd bin Salmanın bəyanatına istinadən “Al Jazeera» məlumat verir.
Səudiyyə ƏrəbistanıKrallığınınvəliəhdi ABŞ dövlət katibi Antoni Blinken ilə görüş zamnaı bəyan edib ki, Ər-Riyad “gələcəkdə eskalasiyanın qarşısını almaq və mühasirəni Qəzza zolağından çıxarmaq üçün inadla çalışır».
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı «sabitliyə qayıtmaq üçün şərait yaratmaq üçün» səyləri artırır və krallıq mülki şəxslərə qarşı zorakılığı, infrastrukturun dağıdılmasını kəskin şəkildə tənqid və rədd edir.
Eyni zamanda Dövlət Departamentində bəyan ediblər ki, görüş zamanı Blinken ABŞ-ın «Yaxın Şərqdə və ondan kənarda sabitliyin irəliləməsinə» sadiqliyini qeyd edib. ABŞ dövlət katibi «vurğulayıb ki, ABŞ-ın diqqəti HƏMAS-ın terror hücumlarına son qoymağa, bütün girovların azad edilməsini təmin etməyə və münaqişənin yayılmasının qarşısını almağa yönəlib». **