ABŞ Fələstin-İsrail münaqişəsinə üçüncü tərəflərin, o cümlədən İranın və ya Hizbullah hərəkatının müdaxiləsini istisna etmir, lakin Tehranı bundan çəkindirir. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS telekanalına müsahibəsində bəyan edib.
"Bugünkü təhlükənin dünənkindən fərqli olduğu barədə heç bir konkret yeni kəşfiyyat məlumatlarımız yoxdur (...). Münaqişənin gərginləşməsi, şimalda ikinci cəbhənin açılması və əlbəttə ki, İranın iştirakı riskdir. Bu əvvəldən bildiyimiz bir riskdir", - o dedi.
Eyni zamanda, Sallivan qeyd edib ki, son günlərdə Livan-İsrail sərhəddində qarşıdurmaların artması münaqişənin eskalasiya riskini artırır. Onun sözlərinə görə, bu, Ağ Evi bölgəyə təyyarə daşıyıcılarının göndərilməsi ilə bağlı qərar almağa vadar edib
İranla təmaslardan söz açan Sallivan Vaşinqtonun «İranla fərdi əlaqə vasitələri olduğunu» bəyan edib. «Biz son bir neçə gün ərzində bu vasitələrdən istifadə etdik ki, ictimaiyyətə açıqladığımızı xüsusi qaydada aydınlaşdıraq», - o bildirib. **