ABŞ prezienti Co Bayden Fələstin milli administrasiyasınınsədriMahmud Abbasla Yaxın Şərq regionundakı vəziyyəti və Qəzzaya yardımın çatdırılmasını müzakirə edib.
“Fələstin Milli Administrasiyasının sədri Abbasla HƏMAS-ın Israilə hücumunu qınamaq və HƏMAS-ın Fələstin xalqının ləyaqəti və öz müqəddəratını təyin etmə hüququnu müdafiə etmədiyini bir daha qeyd etmək üçün danışdım", - Bayden bazar günü X sosial şəbəkəsində (əvvəl Twitter) yazıb.
O, Abbasa məlumat verib ki, ABŞ Qəzzadakı dinc vətəndaşlara humanitar yardımın çatdırılmasını təmin etmək və münaqişənin eskalasiyasının qarşısını almaq məqsədilə bölgədəki tərəfdaşlarla işləyir. **