2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 milyard 364 milyon 48,4 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 4 milyon 915,7 min nəfər (artım 45,5%), dəniz nəqliyyatı ilə 17,9 min nəfər (artım 13,3%), hava nəqliyyatı ilə 2 milyon 170,5 min nəfər (artım 31%) daşınıb.
Yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 1 milyard 200 milyon 153,9 min sərnişin (artım 18,4%), avtobuslarla 1 milyard 136 milyon 810,4 min sərnişin (artım 19,3%), taksilərlə 63 milyon 343,5 min sərnişin (artım 4,7%) daşınıb.
9 ay ərzində Bakı Metropolitenində 156 milyon 790,4 min sərnişinə (artım 6,9%) xidmət göstərilib.*
B.Rüstəmbəyov