2023-cü ilin yanvar-sentyabr aylarında “AccessBank”ın aktivləri 19,3% - 1 milyard 394,081 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr tarixinə bankın kredit portfeli 992,398 milyon manata (artım 22%) bərabərdir. 233,489 milyon manat istehlak kreditlərinin (artım 34%), 752,684 milyon manat biznes kreditlərinin (artım 18,7%) payına düşüb.
“AccessBank”ın öhdəlikləri 1 milyard 249,856 milyon manat (artım 18,3%) məbləğində qiymətləndirilir. Bankın depozit portfeli 1 milyard 25,559 milyon manata (artım 19,2%) bərabərdir. Fiziki şəxslərin əmanətləri 800,243 milyon manat (artım 11,3%) təşkil edib.
Oktyabrın əvvəlinə “AccessBank”ın kapitalı 144,225 milyon manata (artım 27,9%), nizamnamə kapitalı 258,718 milyon manata (dəyişməyib) bərabərdir.
Bank hesabat dövrünü 29,309 milyon manat məbləğində xalis mənfəətlə (2022-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə artım 4,8 dəfə - İF) başa vurub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə ölkənin 7-ci bankıdır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
R.Əhmədov