2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7% - 169,348 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $48 milyon 391,3 min məbləğində (azalma 15%) qiymətləndirilir.
Yanvar-avqust aylarında Azərbaycana $119 milyon 411,5 min dəyərində (artım 45,9%) 423,681 min ədəd (artım 23,2%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 60,8% - 156,012 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $36 milyon 821,3 min (artım 55,6%) təşkil edir.
Həmçinin cari ilin 8 ayı ərzində soyuducu idxalı 65,9% artaraq 23,712 min ədəd, dəyəri $8 milyon 603,7 min (artım 28%) təşkil edib.*
B.Rüstəmbəyov