2023-cü ilin yanvar-sentyabr aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 101,9 milyon manat güzəştli kredit verilib.
“2023-cü ilin 9 ayı ərzində 2105 layihənin maliyyələşdirilməsinə verilmiş kreditlər hesabına 1505 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə fonddan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Sentyabr ayı ərzində fondun müvəkkil bankları tərəfindən 355 layihənin həyata keçirilməsi üçün 21,1 milyon manat kredit (avqustda 355 layihənin həyata keçirilməsi üçün 16 milyon manat) verilib.
2023-cü ildə SİF-in xətti ilə sahibkarlara 150 milyon manat məbləğində güzəştli kreditin verilməsi planlaşdırılır.
2022-ci ildə sahibkarlara 145,9 milyon manat güzəştli kredit verilib.*
B.Rüstəmbəyov