30 sentyabr 2023-cü il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 707,507 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci ildən etibarən ASB-nin aktivlərində rüblük azalma müşahidə olunur.
30 sentyabr 2023-cü il tarixinə aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 391,779 milyon manat (azalma 3%) təşkil edir.
Bankın kredit portfeli 243,707 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,9% - İF) bərabərdir.
Oktyabrın əvvəlinə bankın öhdəlikləri 594,229 milyon manat (azalma 6,8%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 438,776 milyon manata (azalma 2,4%), o cümlədən əhalinin əmanətləri 301,772 milyon manata (azalma 14,6%) bərabərdir.
Bankın kapitalı 113,278 milyon manat (artım 2,9%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
9 ayın yekunları üzrə ASB-nin xalis mənfəəti 3 milyon 480,92 min manat (2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə azalma 34,2% - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb.*
R.Əhmədov