“ADY Express” MMC 2023-cü ilin yanvar-sentyabr aylarında ixrac yüklərinin nəqlini 25,79% - 623,199 min tona qədər artırıb.
Şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, nəql olunan ixracyönümlü yüklər sırasında klinker, qazoyl, gil və tikinti materialları üstünlük təşkil edib.
2023-cü ilin 9 ayı ərzində idxal yüklərinin nəqli 919,564 min ton (artım 30,53%) təşkil edib. İdxal yüklərinin sırasında şəkər, taxta və taxta məmulatları, benzin və texniki yağlar çoxluq təşkil edir.
“Aparılan təhlillər onu göstərir ki, bu növ yükdaşımaların artımında bir neçə amil rol oynayır. Azərbaycanın iqtisadiyyatının genişlənməsi və qeyri-neft sektorunun inkişafı əsas amillərdəndir”, - deyə “ADY Express”dən bildirilib.
“ADY Express” xüsusi dəmir yolu vaqonları və tank-konteynerlərdə turşu, qələvi, propilen, propan və butan, benzin, dizel yanacağı və diğər kimyəvi, qaz və neft-kimya məhsullarının nəql edilməsində öz xidmətlərini təklif edir.*
N.Abbasova