İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə bildirib ki, İsrailin Qəzza zolağındakı əməliyyatları Yaxın Şərq regionunda uzunmüddətli müharibəyə gətirib çıxara bilər. Bu barədə İran Prezidenti Aparatının rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi məlumat verib.
“Rəisi bildirib ki, davam edən mühasirə, qadın və uşaqların öldürülməsi və Qəzza zolağına və onun qanuni olaraq seçilmiş hökumətinə yerüstü hücum bir neçə cəbhədə uzunmüddətli müharibəyə səbəb olacaq”, - deyə Cəmşidi “X” sosial şəbəkəsində yazıb.
O, həmçinin qeyd edib ki, liderlər Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər.*