Rusiya Prezidenti Vladimir Putinlə İsrail baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində yaranmış böhran müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Putin vəziyyətin normallaşmasına kömək etmək, Qəzza zolağında humanitar fəlakətin və zorakılığın daha da artmasının qarşısını almaq üçün Rusiyanın atdığı addımlar barədə məlumat verib.
“Rusiya tərəfinin Fələstin-İsrail qarşıdurmasına son qoyulması və siyasi-diplomatik vasitələrlə sülh yolu ilə həllə nail olunması üçün məqsədyönlü iş aparmağa bundan sonra da hazır olması təsdiqlənib”, - deyə məlumatda vurğulanır.*