Türkiyənin xarici işlər naziri Hakan Fidan və HƏMAS qruplaşmasının liderlərindən biri olan İsmayıl Haniya arasında telefon danışığı aparılıb.
“Sabah” nəşri diplomatik mənbələrə istinadən xəbər verir ki, telefon danışığı zamanı müzakirə olunan mövzulardan biri HƏMAS döyüşçüləri tərəfindən əsir götürülmüş dinc sakinlərin azad edilməsi ilə bağlı olub.
“Fidan və Haniya Fələstindəki hadisələrin inkişafını və mülki şəxslərin azad edilməsi imkanlarını müzakirə ediblər”, - deyə nəşr qeyd edir.*