Azərbaycan Səhiyyə NazirliyiBakı şəhəri Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşdırılmış Narkoloji Tibb Müəssisəsinin tikintisi (I mərhələ) üçün podratçı seçir.
“İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilib ki, seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Şirkətlərdən tender təklifləri 16 noyabr 2023-cü il saat 10:00-dək qəbul olunur.
Tender proseduru 17 noyabr saat 10:00-da baş tutacaq.
Tenderin şərtlərinə görə, tikinti işləri 18 ay ərzində həyata keçirilməlidir. **
B.Rüstəmbəyov