“ADY Express” MMC (“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin törəməsi) 2023-cü ilin yanvar-sentyabr aylarında ixrac yüklərinin konteyner ilə daşınmasını 1,5 dəfə - 8 min 59 TEU-ya qədər artırıb.
Şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə şirkətin daşıdığı idxal yükləri sırasında müxtəlif sənaye malları, kimya məhsulları, əlvan metallurgiya məhsulları, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyat hissələri üstünlük təşkil edib.
“ADY Express”in məlumatına görə, hesabat dövründə 11 min 306 TEU (artım 2,5 dəfə) konteyner ilə daşınmış ixrac yüklərinin payına düşüb. İxrac olunmuş yüklərin strukturunda əlvan metallurgiya, sənaye və kimyəvi məhsullar üstünlük təşkil edib.
“ADY Express” xüsusi dəmir yolu vaqonları və sistern-konteynerlərdə turşu, qələvi, propilen, propan və butan, benzin, dizel yanacağı və diğər kimyəvi, qaz və neft-kimya məhsullarının nəql edilməsində öz xidmətlərini təklif edir.**
N.Abbasova