Almaniya kansleri Olaf Şolts İran və “Hizbullah”ı İsrail ilə HƏMAS arasında münaqişəyə müdaxilə etməməyə çağırıb. Bu barədə “Times of Israel” nəşri məlumat verir.
"Bizim ortaq məqsədimiz var - bölgədə münaqişənin baş verməsinin qarşısını almaq. Mən “Hizbullah”a və İrana xəbərdarlıq edirəm ki, münaqişəyə müdaxilə etmək lazım deyil", - deyə o, İordaniya kralı II Abdullah ilə görüşdən sonra mətbuat konfransında bildirib.
Öz növbəsində, II Abdullah bəyan edib ki, nə Iordaniya, nə də Misir Qəzza zolağından qaçqınları qəbul etməyəcək. Onun sözlərinə görə, «bütün bölgə indi uçurumun kənarında dayanır».
«Bizdən ora düşməmək üçün səy göstərmək lazım gələcək», - İordaniya kralı qeyd edib. **