Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2026-cı ilin sonunda azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
“Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”, - Əliyev çərşənbə axşamı “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, bu, ən minimal göstəricidir.
“Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”, - Əliyev vurğulayıb. **
B.Rüstəmbyov