Ermənistan Avropa İttifaqı ilə münasibətləri onları regional münasibətlərə qarşı qoymadan dərinləşdirmək niyyətindədir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
«Biz Aİ ilə münasibətlərimizi dərinləşdirmək istəyirik və onların regional münasibətlərin dərinləşməsinə heç bir şəkildə qarşı qoyulmasını istəmirik», - Paşinyan çərşənbə axşamı Brüsseldə Avropa Parlamentinin sədri Roberta Metsola ilə brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan ilə AI münasibətlərində Ermənistan və Azərbaycan sərhədində monitorinq həyata keçirən Avropa İttifaqının mülki monitorinq missiyası simasında «təhlükəsizlik elementi» əlavə edilib. **