23-25 oktyabr tarixlərində ölkəmizdə Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir”, - məlumatda deyilir.
Nazilrikdən qeyd edilir ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır. **
B.Rüstəmbəyov