Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Qarabağ münaqişəsi mövzusunun birdəfəlik bağlandığını hesab edir.
“Bir çoxları təkrarlayırdılar ki, münaqişənin (Qarabağ - İF) hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir”, - Əliyev çərşənbə axşamı “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Prezident əlavə edib ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. **
R.Əhmədov