Ermənistanın baş naziri Nikol Paşinyan «təhlükəsizlik sahəsində müttəfiqləri» ölkədə hakimiyyəti devirmək çağırışlarında ittiham edib.
Çərşənbə axşamı Avropa Parlamentində çıxışı zamanı Paşinyan qeyd edib ki, (...) təhlükəsizlik sahəsində müttəfiqlərimiz bizə nəinki kömək etməyiblər, həm də Ermənistanda hakimiyyət dəyişikliyinin həyata keçirilməsi, demokratik hakimiyyətin devrilməsi üçün ictimai çağırışlarla çıxış ediblər.
O qeyd edib ki, KTMT və ikitərəfli əsaslarla təhlükəsizlik öhdəliyi olan ölkələr «Ermənistana heç bir kömək etməyib, bizi tək qoyublar».
"Ermənistanda demokratiya güclü zərbələr almaqda davam edir. Ssenari bənzəyir - (...), Ermənistanın təhlükəsizlik sahəsində müttəfiqlərinin hərəkətsizliyi, xarici qüvvələrin göndərdiyi hibrid texnologiyalardan istifadə edərək Ermənistanın suverenliyini devirmək cəhdləri", - Paşinyan bildirib. **