2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 58 milyard 18,3 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 13,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin sentyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 10,9% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 13,1% - 5 min 717,2 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 51 milyard 210,6 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 13,8% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 5 min 46,4 manat (artım 13,1%) təşkil edib.**
X.Nəsirzadə