Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Şuşada birinci yaşayış məhəlləsi 5-6 aya hazır olacaq.
“Şuşada birinci yaşayış məhəlləsi yəqin ki, 5-6 aya hazır olacaq. Birinci qrup keçmiş köçkünlər qayıdacaq», - Əliyev çərşənbə axşamı “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Həmçinin, dövlət başçısı məlumat verib ki, Birinci Qayıdış Planına 8 şəhər, 92 kənd və qəsəbə salınıb.
“Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq. Yəni, üç ildən sonra azad edilmiş ərazilərdə minimum, - biz belə təxmin edirik, - 140 min insan yaşayacaq”, - prezident deyib. **
B.Rüstəmbəyov