İsrailin Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi hərbçilərə xəbərdarlıq edib ki, HƏMAS radikal qruplaşma ilə müharibə uzun və ağr olacaq.
“Müharibə ağır və uzunmüddətli olacaq, və İsrail Ordusu qələbə qazanacaq”, - Halevi əsgərlərə ünvanladığı məktubda yazıb.
"Biz evimizi qorumaq missiyamızda qətiyyətlə və həmrəyik və istənilən ssenariyə hazırıq. Biz hər yerdə düşməni məğlub etməyə və təhlükəsizliyi bərpa etməyə güzəştsiz sadiqik", - İsrail mediası çərşənbə axşamı onun sözlərindən sitat gətirir.
"Biz düşmənin infrastrukturuna, rəhbərliyinə zərər yetirdik, düşmən ağır itkilər verdi. Biz zərbə aldıq və bunun üçün məsuliyyət daşıyırıq, amma indi təşəbbüs bizim əlimizdədir", - Baş Qərargah rəisi vurğulayıb. **