Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərh
17 oktyabr 2023-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfəİrəvanın Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitməktəhqiramizdir”, - bəyanatda deyilir.
XİN-dən bildirilir ki, Ermənistan baş nazirinin aqressiv ritorikasısülhperspektivlərinəxələl gətirir
“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinindavam edən aqressiv ritorikasısülhperspektivlərinəxələl gətirir”, - XİN-in bəyanatında deyilir. **
B.Rüstəmbəyov