Çərşənbə axşamı Qəzza zolağında Səhiyyə Nazirliyi Israilin anklavın ərazisindəki xəstəxanaya hava hücumu nəticəsində ən azı 500 nəfərin həlak olduğunu məlumat verib. Bu barədə «Associated Press» (AP) xəbər verir. Lakin, agentlik dəqiqləşdirir ki, Qəzza şəhərində əl-Əhli xəstəxanasına zərbə endirilməsi barədə məlumat hələ təsdiqlənməyib.
İsrail hərbçiləri insidentlə bağlı məlumatları yoxlayırlar. "Biz məlumat alacağıq və ictimaiyyətə məlumat verəcəyik. Bu, İsrailin hava hücumu olub-olmadığını bilmirəm", - AP İsrailin Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqarinin sözlərindən sitat gətirir
Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas xəstəxanaya endirilən zərbə ilə əlaqədar üç günlük matəm elan edib.
O cümlədən, Misir Xarici İşlər Nazirliyi baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qiyub. **