ABŞ Dövlət Departamenti amerikalılara Livana səfər etməməyi tövsiyə edib.
ABŞ Dövlət Departamenti İsraillə “Hizbullah” və ya digər silahlı qruplaşmalar arasında raket və artilleriya atışmaları ilə bağlı gözlənilməz təhlükəsizlik vəziyyəti ilə əlaqədar amerikalılara Livana səfər etməməyi tövsiyə edib.
Bundan başqa, Dövlət Departamenti gözlənilməz təhlükəsizlik vəziyyəti ilə əlaqədar ABŞ-ın Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarının və ailə üzvlərinin könüllü olaraq ölkəni tərk etməsinə icazə verəcək.*