Livanın “Hizbullah” qruplaşması İsrailə qarşı “qəzəb günü” elan edib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Qruplaşmadan bildiriblər ki, çərşənbə axşamı Qəzza zolağında xəstəxanaya endirilən zərbəyə görə İsrail məsuliyyət daşıyır.
İsrail isə Fələstinin “İslami Cihad” qruplaşması tərəfindən atılmış raketin xəstəxanaya düşdüyünü iddia edir.
Amerika KİV-nin Ağ Evə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Cozef Bayden İordaniyaya səfərini təxirə salıb.
“Prezident hər üç liderlə daha sonra şəxsən danışıqlar aparacağına ümid edir. Bayden yaxın günlərdə onlarla əlaqə saxlayacaq”, - deyə ABŞ Prezidentinin Administrasiyasından qeyd edilib.*