Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ilin sonuna Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini $12,6 milyard və ya ÜDM-in 16,3%-i səviyyəsində gözləyir.
“İnterfaks-Azərbaycan” agentliyi fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə oktyabr icmalında dərc olunmuş proqnozlarına istinadən bildirir ki, 2024-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $12,7 milyard və ya ÜDM-in 15,7%-ni təşkil edəcək.
2023-cü ilin birinci yarısında tədiyə balansının cari əməliyyatlar hesabının profisiti təxminən $5,2 milyard və ya ÜDM-in 14.5%-i səviyyəsində olub. Mərkəzi Bank 2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in 15%-i həcmində profisit proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neft və qaz qiymətlərinin yüksək olması fonunda $23 milyard 478,1 milyon (2021-ci ilin göstəricisi ilə müqayisədə +2,8 dəfə) və ya ÜDM-in 23,5%-ni təşkil edib.*
R.Əhmədov