Dövlət Turizm Agentliyi (DTA) Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm kompleksinin emalatxanasının mebel avadanlıqları ilə təchizatı işlərinə “MAX Group MS” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir ki, tərəflər arasında 3 milyon 233,007 min manat məbləğində müqavilə bağlanıb.
İşlərin başa çatma müddəti 31 may 2024-cü ilə qədərdir.
DTA-nın qiymətləndirmələrinə görə, yeni turizm kompleksini - Qobustan Milli Tarix-Bədii Qoruğu yaxınlığındakı palçıq vulkanını hər il 1 milyona yaxın turist ziyarət edəcək.*
X.Nəsirzadə