ABŞ hesab edir ki, İsrailin Qəzza zolağında Əl-Əhli xəstəxanasına hücumda əli yoxdur. “Associated Press” bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahuya deyib.
“Görünən odur ki, xəstəxanaya hücumu siz yox, başqa komanda həyata keçirib”, - deyə o qeyd edib.
“Ynet” portalı isə ABŞ və İsraildəki mənbələrə istinadən xəbər verir ki, ABŞ xəstəxanada baş verən hadisə bağlı İsrailin versiyasını qəbul edir.
HƏMAS-ın məlumatına görə, oktyabrın 17-də Qəzzadakı Əl-Əhli xəstəxanasına raketin atılması nəticəsində ən azı 500 mülki şəxs həlak olub. İsrail Müdafiə Ordusu xəstəxanaya hücumda iştirak etmədiyini bildirib və hesab edir ki, partlayışa “İslami Cihad” hərəkatı tərəfindən həyata keçirilmiş uğursuz raket atışı səbəb olub.*