Rusiyanın Ukraynada məğlub olması ilə bağlı iddialar gülüncdür, əgər belədirsə, qoy ABŞ bütün silahlarını geri alsın. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əgər Rusiya müharibədə məğlub olubsa, o zaman nə üçün ATACMS tədarük olunur? Qoy (ABŞ) ATACMS raketlərini, bütün digər silahları geri götürsün”, - deyə Putin bu gün Pekində Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması ilə bağlı ABŞ Prezidentinin bəyanatlarını jurnalistlərə şərh edərkən bildirib.*