Oktyabrın 18-də “İnternational BOKT” QSC tədavül müddəti 18 ay olan 2 milyon manat məbləğində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.
Hərrac zamanı 13 investor tərəfindən 2 milyon manat məbləğində 13 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi (nominal dəyəri 100 manat olan 20 min ədəd qiymətli kağız) yerləşdirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 13% (faiz ödənişi rübdə bir dəfə həyata keçiriləcək) təşkil edir.
İstiqrazların ödəmə tarixi 18.04.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“International BOKT” QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. Təşkilatın yeganə səhmdarı Rifat Həsənovdur. QSC-nin nizamnamə kapitalı 8 milyon manat, aktivləri 28 milyon 961,449 min manat (2022-ci ilin sonuna), kredit portfeli 24 milyon 602,159 min manatdır. 2022-ci ildə BOKT-un xalis mənfəəti 1 milyon 530,034 min manat təşkil edib.*
X.Nəsirzadə