“Azərişıq” ASC Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2х240 MVA gücündə yeni 110/35 kv-Luq yarımstansiyanın tikintisi üçün podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 1,5 min manatdır.
Tenderdə zəruri maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Şirkətlərin tender təklifləri 4 dekabr 2023-ci il saat 15:00-a qədər qəbul edilir.
Tender proseduru dekabrın 5-də saat 15: 00-da keçiriləcək.
Telefon: 012440 39 93 (daxili 92-19), əlaqələndirici şəxs – Namiq Heybətov.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova