Azərbaycan hökuməti 2022-2026-cı illə üçün nəzərdə tutulan "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın reallaşdırılmasına invesatisiyalara tələbi 30,5milyardmanat (cari məzənnə ilə $17,9 milyard) həcmində qiymətləndirir.
“Son qiymətləndirmələrə əsasən, bu proqramın icrasına 30,5 milyon manat tələb olunur”, - Maliyyə Nazirliyinin materiallarında deyilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, nazirliyin məlumatına görə, hökumət 2020-2022-ci illərdə Qarabağ və Şərq Zəngəzurun bərpası üzrə layihələrin reallaşdırılmasına 6,6 milyard manat ($3,9 milyarda yaxın) vəsait ayırıb. 2023-cü il dövlət büdcəsində bu məqsədlər üçün 5,3 milyard manat ($3,1 milyard) vəsaitin ayrılması nəzərdə tutulur.
2024-2026-cı illərdə bu məqsədlərə dövlət büdcəsindən 10,6milyardmanat ($6,2 milyard) vəsaitin ayrılması nəzərdə tutulur”, - nazirlikdən vurğulanıb.
Beləliklə, 2020-2026-cı illərdə Qarabağ və Şərq Zəngəzurun bərpası üzrə layihələrin reallaşdırılmasına dövlət büdcəsindən 22,4 milyard manatın ayrılması (təqribən $13,2 milyard) planlaşdırılır.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq edib. 2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzura köçürüləcək 34,5 min ailə üçün mənzil və fərdi yaşayış evləri inşa olunacaq.
Bu dövrə qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur gücləndiriləcək, enerji, nəqliyyat idman, sosial və digər infrastruktur qurulacaq.**
R.Əhmədov