"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.
Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanov imzaladılar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Görüşdə nazirlər Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkilini müzakirə ediblər. Həmçinin, maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb”, - MN-dən vurğulanır. **
B.Rüstəmbəyov