Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, Türkiyə ilə birgə taktiki təliminə hazırlıq prosesi davam edir.
“Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib”, - məlumatda deyilir.
Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.
Təlim Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub və 23-25 oktyabr tarixlərində Azərbaycanın müxtılif regionlarında keçiriləcək. **
B.Rüstəmbəyov