Aİ-nin Xarici İşlər Şurası oktyabrın 23-də Lüksemburqda keçiriləcək iclasda Ukraynada vəziyyətə dair fikir mübadiləsi aparılacaq, Ermənistan və Azərbaycan barəsində vəziyyətin inkişafı nəzərdən keçiriləcək. Bu barədə cümə axşamı Brüsseldə dərc olunan iclasın ilkin gündəliyində məlumat verilir.
Daha sonra gündəlik layihə HƏMAS-ın « terror hücumlarından sonra İsraildə və regionda» vəziyyətin və «Qəzzada baş verən hadisələrin» müzakirəsini nəzərdə tutur.
Bundan əlavə, digər aktual beynəlxalq məsələlər üzrə məlumatlar dinləniləcək. **