Avropa Parlamenti (AP) cümə axşamı HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyən qətnamə qəbul edərək Qəzza zolağında humanitar vəziyyətdən ciddi narahatlığını bildirib.
Qətnamə təsdiq olunub.
Sənəddə «HƏMAS terror təşkilatının ləğv edilməsinin» zəruriliyi vurğulanır və bu təşkilatın qaçırdığı bütün girovların dərhal azad edilməsinə çağırış yer alır.
Avropa Parlamenti İsrailin özünümüdafiə hüququnu «beynəlxalq hüquqla təhkim edilmiş və məhdudlaşdırılmış kimi» tanıyır. Beləliklə, «İsrailin istənilən hərəkəti beynəlxalq humanitar hüquqa ciddi şəkildə uyğun olmalıdır», deyə qətnamədə qeyd olunur.
Avropa deputatları Qəzza zolağında Əl-Əhli xəstəxanasında baş verən partlayışla bağlı beynəlxalq hüquqa uyğun olaraq müstəqil araşdırma aparmağa çağırıblar.
Avropa Parlamenti Qəzza zolağında humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edərək, «bir tərəfdən Fələstin xalqı ilə onun qanuni ümidləri, digər tərəfdən isə HƏMAS terror qruplaşması arasında fərqin aparılmasının vacibliyini» vurğulayıb.
Qətnamədə İranın Qəzza zolağında HƏMAS və digər qruplaşmalara dəstəyi pislənir.
Sənəddə deyilir ki, Avropa Parlamenti «iki dövlətin danışıqlar yolu ilə yaradılması qərarını tam dəstəkləyir». **