Cümə günündən etibarən Misir və Qəzza zolağı sərhədində “Rəfah” sərhəd keçid məntəqəsi anklavın sakinlərinə humanitar yardımın çatdırılması üçün açıq olacaq. Bu barədə yerli KİV məlumat verir.
Bu sərhəd keçid məntəqəsi Qəzzaya zolağına İsrailin nəzarət etmədiyi yeganə yoldur.
Öz növbəsində, “Əl-Ərəbiyyə” qeyd edir ki, Misir tərəfindən məntəqə önündə zolağın əhalisi üçün yardım ilə yüzlərlə yük avtomobili toplaşıb.
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) məlumat verilib ki, dərmanlarla beş yük avtomobili Qəzza zolağına yola düşməyə hazırdır.
Dünən İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanasında məlumat verilib ki, İsrail Misirdən Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmayacaq, lakin HƏMAS qruplaşması əsirləri azad etməyənə qədər onu Israil ərazisindən çatdırmağa imkan verməyəcək. Bundan əvvəl ABŞ prezidenti Co Bayden bəyan edib ki, İsrail Qəzza zolağına yardım tədarükünü «mümkün qədər qısa müddətdə» təmin etməyə razılıq verib.
Daha sonra Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Bayden telefon danışığında Qəzza zolağına humanitar yardımın «Rafah» keçid məntəqəsi vasitəsilə çatdırılması barədə razılığa gəliblər. **