Böyük Britaniyanın baş naziri Rişi Sunak və Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda keçirilən görüşdə Yaxın Şərqdə deeskalasiya və və münaqişənin gərginləşməsinin qarşısının alınması istiqamətində səylərin vacibliyini bəyan ediblər. Bu barədə Dauninq stritdə məlumat verilir.
"Liderlər İrana loyal münasibət bəsləyən regional qüvvələrin də aidiyyəti olduğu Yaxın Şərqdə gələcəkdə vəziyyətin destabilizasiyasının qarşısının alınmasının vacibliyi barədə birgə fikrə gəliblər. O cümlədən, həmsöhbətlər gərginliyin azaldılmasına yönəlmiş hərəkətlərin koordinasiyasına sadiq olduqlarını bildiriblər", - “The Telegraph” baş nazirin administrasiyasının nümayəndəsinin bəyanatından sitat gətirir.
Nəşrin məlumatına görə, Sunak «Səudiyyə Ərəbistanının böhranın sülh yolu ilə həlli axtarışında liderliyini alqışlayıb».
Eyni zamanda Britaniyanın baş naziri İsrailin özünümüdafiə hüququnu və HƏMAS hərəkatına qarşı çıxdığını dəstəklədiyini bir daha bəyan edib. O, həmçinin Qəzza zolağında fələstinlilərə humanitar yardım göstərməyə davam edəcəyini vəd edib. **