“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2023-cü ilin yekunları üzrə ölkə daxilində rekord sayda - 6 milyon nəfərdən çox sərnişin daşımağı planlaşdırır, 2024-cü ildə daşınan sərnişinlərin sayı 7 milyon nəfəri ötəcək.
“Sərnişindaşıma sahəsində aparılmış optimallaşdırma sayəsində cari ildə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 5,3 milyon nəfər təşkil edib. 2023-cü ilin yekunları üzrə daşınan sərnişinlərin sayı 6 milyon nəfəri keçəcək. 2024-cü ildə isə bu rəqəmin 7 milyondan çox olacağı proqnozlaşdırılır”, - deyə qurumdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Cəmiyyətdən qeyd olunub ki, ADY beynəlxalq məsələhətçi şirkət cəlb edərək İT sistemlərinin diaqnostikasını aparıb və “Rəqəmsallaşma Strategiyası”nı hazırlayıb.*
R.Əhmədov