Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma layihələrinin icrası məqsədilə dövlət büdcəsindən 2021-ci ildən bu günədək 12 milyard manata yaxın vəsait ayrılıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyib.
Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə özəl investisiya cəlb olunması əsas məqsədlərdəndir.
“Bundan başqa, bölgədə yeni istehsal müəssisələrinin qurulmasına, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlb edilməsinə xüsusi diqqət ayrılır”, - deyə o bildirib.
Cabbarov vurğulayıb ki, bu məqsədlə Azərbaycan hökuməti sahibkarlıq subyektlərinə uzunmüddətli vergi və digər güzəştlər paketi təqdim edib.*
R.Əhmədov