2003-2022-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sahibkarlıq subyektlərinə 2,83 milyard manat güzəştli kredit verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, nazir rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib ki, 2003-2022-ci illər ərzində SİF tərəfindən sahibkarlıq subyektlərinin 42703 investisiya layihəsi maliyyələşdirilib.
“Maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb”, - deyə Cabbarov vurğulayıb.
O əlavə edib ki, hazırda Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. “Özəl bölmənin ÜDM-də payı 83,5%, məşğulluqda payı isə 78%-ə yaxındır”, - deyə iqtisadiyyat naziri qeyd edib.*
R.Əhmədov