Nazirlər Kabineti 2023-cü ilin noyabr ayında iş və istirahət günlərinin yerlərinə dəyişikliyi təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə günü) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilir.
Azərbaycanda hər il noyabr ayının 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Beləliklə, 8-12 noyabr tarixləri qeyri-iş günü olacaq.*
R.Əhmədov