“PAŞA Bank” 2024-cü ildə Şuşa şəhərində filial açmağı planlaşdırır. Bunu “PAŞA Bank”ın komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov deyib.
“Hazırda filialın tikintisi (Şuşada – İF) həyata keçirilir, gələn il aprelin sonuna inşaat işlərinin yekunlaşacağı, ilin sonunadək isə filialın açılacağı gözlənilir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Baş direktor qeyd edib ki, 2025-ci ildə “PAŞA Bank”ın Lənkəranda da filialının açılması planlaşdırılır.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycan banklarının ilk üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Ador” MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə