Fransa və Azərbaycanı bir-birinə sıx bağlayan səbəblərdən biri də hər iki ölkənin mina terroru ilə məşğul olmaq təcrübəsidir. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur”, - deyə dövlət başçısı Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Prezident vurğulayıb ki, bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir.
“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir”, - deyə müraciətdə qeyd olunur.*
B.Rüstəmbəyov