“Mustafa Kamal Atatürk – 2023” təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri oktyabrın 20-də Azərbaycana gəlib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.*
B.Rüstəmbəyov